Kateqoriyalar
Azərbaycan KİV-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin oktyabrın sonunda Azərbaycana səfər edəcəyi ilə bağlı yayılan məlumat yanlışdır.
Bu barədə Aktual.ge xəbər portalının sorğusuna Hökumət Administrasiyasının Mətbuat xidməti cavab olaraq bildirib.
Qeyd olunub ki, İrakli Kobaxidzenin Bakıya səfəri planlaşdırılmır.
“Hazırda heç bir səfər planlaşdırılmayıb. Əksinə, Gürcüstan-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının iclasının Gürcüstanda keçirilməsi planlaşdırılır”, – deyə bildirilib.