Marneulidə keçmiş həyat yoldaşını öldürməklə hədələyən şəxs saxlanılıb
28.10.2026 11:48
315
Kriminal
A
Marneulidə keçmiş həyat yoldaşını öldürməklə hədələyən şəxs saxlanılıb

Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları ailə üzvünə qarşı hədə-qorxu törətməkdə təqsirləndirilən və barəsində axtarış elan olunan şəxsi saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin iyul ayında keçmiş həyat yoldaşını onunla barışmaqdan imtina edəcəyi təqdirdə öldürməklə hədələyib. Saxlanılan şəxs Marneuli Rayon Məhkəməsinin qərarı əsasında axtarışda olub və barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxsi Marneulidə saxlayıblar. Hazırda saxlanılan şəxs penitensiar müəssisəyə yerləşdirilib”, –  məlumatda qeyd olunub.

ŞƏRH YAZ
1