Giorgi Qaxaria bəyanat verib
Bugün
167
Siyasət
A
Giorgi Qaxaria bəyanat verib

Gürcüstanda müxalifət partiyalarının qadağan edilməsi məqsədilə Konstitusiya Məhkəməsində davam edən proses fərqli baxışların konstitusiyaya zidd elan edilməsindən başqa bir şey deyil.

Aktual.ge xəbər verir ki, bu barədə müxalif "Gürcüstan Naminə" partiyasının lideri Giorgi Qaxaria sosial şəbəkədə yazıb.

"Rejim müxalifət düşərgəsinin məhv edilməsinin ona saxta plüralizm yaratmaq üçün marionet, 'proksi' partiyalar formalaşdırmağa imkan verəcəyini düşünsə də, onun təbliğat maşını artıq bu planın təfərrüatlarını üzə çıxarır.

Rusiyayönümlü 'Neytral Gürcüstan' hərəkatı açıq şəkildə bəyan edib ki, bu qrupların siyasətdən kənarlaşdırılması yeni partiyaların yaranması və sağlam rəqabətin mümkün olduğu siyasi sistemin qurulması üçün zəruri şərtdir.

Konstitusion siyasi fəaliyyəti 'cinayət' elan etməklə və müxalifətin qadağan edilməsinin 'sağlam rəqabət' yaratdığını iddia etməklə rejim və onun Rusiyayönümlü 'proksi' partiyaları əsl niyyətlərini üzə çıxarırlar: saxta plüralizm pərdəsi arxasında tam nəzarəti ələ keçirmək”, - deyə Giorgi Qaxaria bəyan edib.

ŞƏRH YAZ
1