“Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili və həyat yoldaşı Yekaterina İvanişvili Poniçalada baş vermiş faciə ilə bağlı kədərləndiklərini və 28 ailəyə mənzil alacaqlarını bildiriblər.
Aktual.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyası məlumat yayıb.
“Poniçalada baş vermiş, altı nəfərin həyatına son qoyan faciə ilə bağlı dərin hüznlə başsağlığı veririk. Həlak olanların ailələrinə və bütün Gürcüstana bu böyük dərd münasibətilə səbir diləyirik.
Baş vermiş bədbəxt hadisə nəticəsində 28 ailə evsiz qalıb. Bu səbəbdən həyat yoldaşımla birlikdə həmin ailələr üçün mənzillər almaq və onları bu mənzillərlə təmin etmək qərarına gəldik.
Bu, böyük faciə nəticəsində zərər çəkənlərə göstərmək istədiyimiz kiçik bir yardımdır.
Bir daha bütün Gürcüstana başsağlığı veririk”, – deyə başsağlığı məktubunda qeyd olunub.