Kateqoriyalar
Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib.
Aktual.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb.
Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisində dövlət bayraqları aşağı endiriləcək.
Qeyd edək ki, noyabrın 19-da Poniçalada yaşayış binasının beşinci mərtəbəsində təbii qazın toplanması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 5 nəfər yaralanıb.