İrakli Kobaxidze Poniçalada partlayışda yaralanan uşaqlara baş çəkib
20.11.2026 12:09
102
Siyasət
A
İrakli Kobaxidze Poniçalada partlayışda yaralanan uşaqlara baş çəkib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fonichalada baş verən partlayış zamanı xəsarət alan uşaqların müalicə olunduğu İnqorokva Universitet Klinikasına baş çəkib.

Aktual.ge xəbər verir ki, Baş naziri səfər zamanı səhiyyə naziri Mixeil Sarcveladze və Tbilisi meri, “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze müşayiət edib.

Qeyd edək ki, noyabrın 19-da Fonichalada yaşayış binasının beşinci mərtəbəsində təbii qazın yığılması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 5 nəfər yaralanıb. Həlak olanlar arasında iki azyaşlı uşaq da var.

ŞƏRH YAZ
4