23.12.2024 17:50
1652
Siyasət
A
"Aktual.ge"nin xəbərindən sonra Marneuli Meriyası Azərbaycan dilində Yeni il təbriki yazdı

Marneuli şəhərindəki bilbordlarda yalnız gürcü və ingilis dillərində "Yeni ilinizi təbrik edirik" mesajlarının yer alması, şəhər əhalisinin təxminən 85%-ni təşkil edən azərbaycanlıların narazılığına səbəb olub.

Aktual.ge xəbər portalında bu məsələnin işıqlandırılmasından sonra, Marneuli Meriyası bilbordlardakı təbrik mesajlarına düzəliş edib və Azərbaycan dilində təbriklər də əlavə olunub.

19 dekabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında müxalifət partiyasından olan deputat Ramal Əhmədov da bu məsələni gündəmə gətirərək, Yeni il təbrik mesajlarının gürcü dili ilə yanaşı Azərbaycan dilində deyil, ingilis dilində yazılmasının səbəbini soruşub. Bələdiyyə sədri Amiran Qiorqadze məsələni müzakirə edərək həll edəcəklərini bildirib.

ŞƏRH YAZ
8