7 Oktyabr tarixindən Marneulinin bəzi küçələri mərhələli şəkildə bağlanacaq
Aktual.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.
“Marneuli şəhərinin Rustaveli küçəsində su təchizatı sisteminin bərpasına başlanılır.
Sözügedən işlərin görülməsi səbəbindən küçə, aşağıdakı hissələr və tarixlər üzrə mərhələli şəkildə bağlanacaq:
Hissə 1: Səməd Vurğun dairəsindən Mazniaşvili küçəsinin döngəsinə qədər 7 oktyabr - 21 oktyabr (13 gün)
Hissə 2: Mazniaşvili küçəsinin döngəsindən Qamsaxurdiya küçəsinin döngəsinə qədər
22 oktyabr - 3 noyabr (11 gün)Hissə 3: Qamsaxurdiya küçəsinin döngəsindən Rustaveli körpüsünə qədər
4 noyabr - 16 noyabr (12 gün)Hissə 4: Rustaveli körpüsündən Ədliyyə Evinə qədər
17 noyabr - 30 noyabr (11 gün)İşləri – “China Geo-Engineering Corporation” şirkəti, “Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti” MMC və Asiya İnkişaf Bankının sifarişi ilə həyata keçirir. Marneuli Munisipaliteti yerli özünüidarəetməsi, yaranmış vəziyyətə görə üzr istəyir!”,-deyə məlumatda qeyd olunub.