Marneulidə kriminal hadisələr gündəmdə | əhali və siyasılər nələr söyləyir? - VİDEO
10.01.2026 01:04
1111
Siyasət
A
Marneulidə kriminal hadisələr gündəmdə | əhali və siyasılər nələr söyləyir? - VİDEO

Son dövrlər ölkədə kriminal hadisələrin artdığı müşahidə olunur, xüsusilə qətllər və evlərin qarət edilməsi faktları ictimaiyyətin diqqət mərkəzinə çevrilib.

Hadisələrin tez-tez baş verməsi ictimai asayişin möhkəmləndirilməsinə, eləcə də qabaqlayıcı və profilaktik tədbirlərin daha sistemli şəkildə həyata keçirilməsinə ehtiyac olduğunu göstərir.

Mövzu ilə bağlı mövqelər isə fərqlidir.

Parlament üzvü Zaur Darğallı bildirir ki, cinayət hadisələrinə qarşı Daxili İşlər Nazirliyi tərəfindən ardıcıl və aktiv mübarizə aparır. 

Bununla yanaşı, hökumət əleyhdarları artan kriminal halları tənqid edərək, mövcud vəziyyətə görə hakimiyyəti fəaliyyətsizlikdə ittiham edirlər. Onlar daha təsirli və görünən tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.

Daha ətraflı Natela Əlləzovanın video süjetini təqdim edirik:

ŞƏRH YAZ
14