Marneuli mərkəzi məscidi 9 aprel qurbanlarını yad edib - VİDEO
09.04.2026 16:28
593
Mədəniyyət
A
Marneuli mərkəzi məscidi 9 aprel qurbanlarını yad edib - VİDEO

Marneuli mərkəzi İmam Əli (ə) Məscidi və inanclılar tərəfindən Tsereteli kəndində yerləşən 9 Aprel memorialı ziyarət olunub. Abidə önünə əklil qoyulub, vətənin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi ehtiramla yad edilib.

Burada 9 Aprel qəhrəmanlarının ruhuna, eləcə də ölkənin gələcəyi və rifahı naminə dualar oxunub.

İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev bildirib ki, 9 Aprel tarixi hər bir Gürcüstan vətəndaşının yaddaşında daim yaşamalıdır.

Daha ətraflı video xəbəri təqdim edirik:

ŞƏRH YAZ
8