Tbilisidə Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO
03.05.2026 13:12
726
Kriminal
A
Tbilisidə Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO

Tbilisi Polis Departamentinin İsanı-Samqori Baş İdarəsinin əməkdaşları odlu silah və narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə Azərbaycan Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü R.M.-ni saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Qurumun bildirdiyinə görə, polis təqsirləndirilən şəxsin müvəqqəti yaşadığı evdə aparılan axtarış zamanı maddi sübut kimi odlu silah tipli tapançalar, döyüş patronları və daraqlar götürüb.

Hüquq-mühafizə orqanları tərəfindən həmçinin “marixuana” və psixoaktiv maddə olan “bio” da müsadirə edilib.

“İstintaq Cinayət Məcəlləsinin 236 və 260-cı maddələri ilə aparılır ki, bu da 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
0