Dünya bazarında ətin rekord səviyyədə bahalaşması fonunda Gürcüstanda dondurulmuş mal ətinin idxalı artıb.
Aktual.ge xəbər verir ki, rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar–mart aylarında ölkəyə 1 395 ton dondurulmuş mal əti idxal olunub. İdxalın ümumi dəyəri isə 6,3 milyon dolları ötüb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Gürcüstana 1 129 ton dondurulmuş mal əti gətirilmişdi.
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, ölkə üçün əsas tədarükçü yenə də Braziliyadır və ümumi idxalda onun payı təxminən 79% təşkil edir. İlk üçlükdə həmçinin Ukrayna və Litva yer alır.
2026-cı ilin ilk rübündə Gürcüstana dondurulmuş mal əti əsasən aşağıdakı ölkələrdən idxal olunub:
Orta qiymətlərə əsasən, ən bahalı məhsul Litvadan idxal olunan ət olub — hər kiloqramı təxminən 10,75 dollar. Braziliyadan gətirilən ətin orta qiyməti 4 dollar təşkil edib. Ən ucuz məhsul isə Argentinadan idxal olunan ət olub — təxminən 3,28 dollar/kq.
Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada ət qiymətləri indeksi aprel ayında rekord səviyyəyə yüksəlib. Xüsusilə iri buynuzlu heyvan ətinin bahalaşması müşahidə olunur ki, bu da Braziliyada ixrac ehtiyatlarının azalması və tədarük problemləri ilə izah edilir.