1 ay ərzində Gürcüstanda təxminən 11 min avtomobil qeydiyyatdan keçib.
Aktual.ge xəbər verir ki, bu barədə Xidmət Agentliyinin [real vaxt] məlumatlarında qeyd olunub.
Nəticədə, hazırkı vəziyyətə görə ölkədə qeydiyyatda olan avtomobillərin sayı 2 milyon 55 min ədədi keçib.
Bu statistikanın təhlili göstərir ki, son bir ay ərzində Gürcüstanda gündəlik qeydiyyata alınan avtomobillərin sayı daha da azalıb.
Daha dəqiq desək, fevral ayında (əvvəlki aylarla müqayisədə) gündəlik qeydiyyata alınan avtomobillərin sayı orta hesabla 600-dən 350-yə düşüb, mart ayında yenidən orta hesabla 500-ə yüksəlib, aprel ayında 460-a enib, may ayında isə 420-yə qədər azalıb.
Rəsmi məlumatlara görə, əgər əvvəllər ay ərzində orta hesabla 16 min avtomobil qeydiyyatdan keçirdisə, fevral ayında bu göstərici orta hesabla 9 000-ə düşüb, mart ayında yenidən 12 600-ə yüksəlib, aprel ayında 12 000-ə enib, may ayında isə 11 000-ə qədər azalıb.
Qeyd edək ki, avtomobillərin müəyyən hissəsi sonradan reeksporta göndərilə bilər. Lakin Gürcüstanda qeydiyyatdan keçməsi o deməkdir ki, daxili tranzit nömrəsindən istifadə üçün nəzərdə tutulmuş 2 aylıq müddət artıq başa çatıb və nəticə etibarilə avtomobil ölkədə orta hesabla 2 ay qalır.
Bununla yanaşı, Xidmət Agentliyinin [real vaxt] məlumatlarına əsasən, ölkədə artıq 1 milyon 704 min 268 sürücülük vəsiqəsi verilib.