Marneulidən olan idmançı finalda rəqibinə şans vermədi | 17:0 hesabı ilə qızıl medal
Bugün
113
İdman
A
Marneulidən olan idmançı finalda rəqibinə şans vermədi | 17:0 hesabı ilə qızıl medal

Marneulidən olan idmançı "AJP Tour" Gürcüstan çempionatında Ermənistandan olan rəqibini 17:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb 

Aktual.ge xəbər verir ki, Tbilisidə keçirilən "AJP Tour Georgia National Jiu-Jitsu Championship 2026 – GI & No-GI turnirində AJP Tour Georgia National Jiu-Jitsu Championship" 2026 başa çatıb.

Braziliya ciu-citsu üzrə nüfuzlu yarışda Gürcüstanın müxtəlif bölgələrindən və qonşu ölkələrdən idmançılar iştirak ediblər.

Abu Dhabi Jiu-Jitsu Pro (AJP) beynəlxalq seriyasına daxil olan turnirdə Marneulidən olan idmançı Hacı-Murad Xəlilov 69 kq çəki dərəcəsində mübarizə aparıb.

O, ilk görüşdə Saba Tsiklauri üzərində 7:2 hesablı qələbə qazanaraq, finala yüksəlib.

Final qarşılaşmasında onun rəqibi Ermənistanı təmsil edən Arno Hovhannisyan olub. Həlledici görüşdə üstün performans nümayiş etdirən Hacı-Murad Xəlilov rəqibini 17:0 hesabı ilə məğlub edərək onu da təslimiyyətə məcbur edib və turnirin qalibi olub.

Beləliklə, Marneulidən olan idmançı "AJP Tour Georgia National Jiu-Jitsu Championship 2026" turnirinin qızıl medalına sahib çıxıb və növbəti beynəlxalq yarışlar üçün reytinq xallarını artırıb.

ŞƏRH YAZ
0