Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində itlər üçün sığınacaq tikiləcək.
Aktual.ge xəbər verir ki, bu barədə qərarı Marneuli bələdiyyə məclisi təsdiqləyib.
Marneuli Meriyasının Əmlakın İdarə Edilməsi Xidməti rəhbərinin vəzifəsini icra edən Davit Xarşiladze bildirib ki, sığınacaq regional səviyyədə xidmət göstərəcək və onun tikintisinin məhz Marneulidə aparılması qərara alınıb.
Qeyd edək ki, hazırda tikintinin başlanma vaxtı və layihənin başa çatma müddəti müəyyən edilməyib.
"Gürcüstan hökumətinin sərəncamı ilə sahibsiz heyvanlarının hiperpopulyasiyasının idarə olunması qaydası təsdiq edilib. Həmin qayda sahibsiz heyvanlara qulluq edilməsini və onlara nəzarəti nəzərdə tutur. Marneulidə regional əhəmiyyətli sığınacağın yaradılması məhz bu proqram çərçivəsində planlaşdırılır. Qızılhacılı kəndində təxminən bir hektara yaxın torpaq sahəsi ayrılıb və həmin ərazidə avrostandartlara uyğun heyvan sığınacağının inşası nəzərdə tutulur. Hazırda tikintinin başlanma vaxtı və layihənin başa çatma müddəti müəyyən edilməyib" , - bildirilib.
Daha ətraflı video xəbəri təqdim edirik: