Kateqoriyalar
İran Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdir müavini Mehdi Təbatəbai Prezidenti Məsud Pazeşkianın istefası ilə bağlı iddiaları təkzib edib.
Aktual.ge xəbər verir ki, Təbatəbai məsələ ilə bağlı öz “X” hesabında məlumat verib.
O, Pazeşkianın xalqa xidmət etməkdən çəkinməyəcəyini bildirərək, onun istefası ilə bağlı iddiaları təkzib edib və onları bəzi xarici media qurumlarının oynadığı oyunların davamı kimi xarakterizə edib.
Qeyd edək ki, bundan əvvəl bəzi media resurslarında İran Prezidenti Məsud Pezeşkianın istefa verə biləcəyi ilə bağlı iddialar yayılmışdı. Rəsmi Tehran isə həmin məlumatları təkzib edib.