Yaxın günlərdə Gürcüstanın bəzi rayonlarında, nisbətən isti hava şəraitində qısamüddətli yağış və şimşək çaxacağı gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Sinoptiklərin proqnozuna görə, Tbilisidə axşam saatlarında qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Gündüz hava temperaturu +23, +25 dərəcə təşkil edəcək.
Sahil bölgəs:
Batumi, Kobuleti, Anaklia, Poti: İyunun 2-də yağış və şimşək gözlənilir, sonradan hava açılacaq və isinəcək. Gündüz hava temperaturu +20, +25 dərəcə təşkil edəcək.
Kartli bölgəsi:
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali: Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Gündüz hava temperaturu +21, +26 dərəcə olacaq.
Kaxeti bölgəsi:
Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Qvareli, Axmeta, Dedoplistskaro: Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Gündüz hava temperaturu +20, +25 dərəcə təşkil edəcək.