Bu gündən Bakı–Tbilisi–Qars xətti ilə daşımalar tam gücü ilə həyata keçiriləcək
02.06.2026 10:40
159
İqtisadiyyat
A
Bu gündən Bakı–Tbilisi–Qars xətti ilə daşımalar tam gücü ilə həyata keçiriləcək

Bu gündən Bakı–Tbilisi–Qars yeni dəmir yolu xətti rəsmi olaraq istismara verilib.

Aktual.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat verib.

Nazirliyin bildirdiyinə əsasən, yeni xətt Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir və Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. Yeni dəmir yolu marşrutu regionda əlavə yükdaşıma imkanları yaradır, yük axınlarının marşrutlarının şaxələndirilməsinə əhəmiyyətli töhfə verir və regionun nəqliyyat əlaqələrini daha da möhkəmləndirir.

Məlumatda qeyd olunub ki, Marabda–Kartsaxi dəmir yolu hissəsinin ümumi uzunluğu 180 kilometrdir. Layihə çərçivəsində 153 kilometrlik hissədə bərpa və yenidənqurma işləri aparılıb, 27 kilometrlik tamamilə yeni, Avropa standartlarına uyğun dəmir yolu magistralı isə sıfırdan inşa edilib.

“Bakı–Tbilisi–Qars yeni dəmir yolu xətti ilə yükdaşımaların həcmi hər il artır. Xəttin tam istismara verilməsi ilə layihənin ötürmə qabiliyyəti 5 milyon tona qədər yüksələcək. Bu isə regiona əlavə yük axınlarını qəbul etmək imkanı verəcək və onun nəqliyyat potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Sözügedən dəmir yolu hissəsinin tam istismara verilməsi Azərbaycanın Bakı şəhərinə Gürcüstanın Baş nazirinin səfəri çərçivəsində, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında ikitərəfli Koordinasiya Şurasının protokolunun imzalanması nəticəsində mümkün olub”, – məlumatda bildirilir.

ŞƏRH YAZ
9