Gürcüstan bu günə dəhşətli xəbərlə oyandı. Dəmirli kəndindən əldə edilən məlumata görə, Bolnisidə 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu Fərrux Əhmədova ürək nahiyəsindən qayçı ilə xəsarət yetirib, uşaq qan itirməsindən yerindəcə həyata gözlərini yumub.
Hadisə zamanı evdə digər azyaşlı uşaqlar da olub.
Kənd sakinləri cinayətdə təqsirləndirilən qadının psixi problemlərinin olduğunu, bəziləri isə onun əslində çox mülayim biri olduğunu bildirirlər.Daxili İşlər Nazirliyinin məlumatına görə, qadın artıq saxlanılıb. İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır. Maddə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilən cinayəti əvvəlcədən bilərək ağırlaşdırıcı hallarda qəsdən adam öldürməni nəzərdə tutur.
Daha ətraflı Natela Əlləzovanın video xəbərini təqdim edirik: