İrakli Kirtsxaliya: Bu qətnamələr öz ölkəsinə qarşı heç bir gücünü əsirgəməyən, sanksiyalar tələb edən vətən xainləri ilə eyni qiymətə malikdir
Bugün
72
Siyasət
A
İrakli Kirtsxaliya: Bu qətnamələr öz ölkəsinə qarşı heç bir gücünü əsirgəməyən, sanksiyalar tələb edən vətən xainləri ilə eyni qiymətə malikdir

"Bu qətnamələr öz ölkəsinə qarşı heç bir gücünü əsirgəməyən və bir-birinin ardınca dağıdıcılıq, bir-birinin ardınca sanksiyalar tələb edən vətən xainləri ilə eyni qiymətə malikdir". |

Aktual.ge xəbər verir ki, bunu Parlament çoxluğunun lideri, "Gürcü Arzusu" fraksiyasının sədri İrakli Kirtsxaliya çoxluğun iclası başa çatdıqdan sonra deyib.

O qeyd edib ki, Gürcüstan cəmiyyəti direktiv tonu ilə danışılmasını qəbul etməyəcək.

"Biz direktivlər və əmrkar tonla danışılmasını qəbul etməyəcəyik və bu, cəmiyyətimizin sifarişidir. Məhz buna görə bizim 'adları dost', 'adları tərəfdaş' olanlar narahatdırlar. Onlar tərəfdaşlıq sözünün mənasını doğrudan da bilmirlər; onlara elə gəlir ki, tərəfdaşlıq direktivlər və barmaq silkələyərək danışmaqdır. Ölkəmiz və cəmiyyətimizlə bağlı bu, qətiyyən alınmayacaq. Onların tərəfindən çoxlu absurd direktivlər, birbaşa suverenliyimizə və ölkənin təhlükəsizliyinə zidd olan çoxlu direktivlər eşitmişik. Bu qətnamələr öz ölkəsinə qarşı heç bir gücünü əsirgəməyən və bir-birinin ardınca dağıdıcılıq, bir-birinin ardınca sanksiyalar tələb edən vətən xainləri ilə eyni qiymətə malikdir", - deyə İrakli Kirtsxaliya söyləyib.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası çərşənbə günü, yay plenar sessiyası çərçivəsində Gürcüstanla bağlı hesabatı müzakirə edəcək və bununla bağlı qətnamə layihəsi hazırlanıb.

ŞƏRH YAZ
3