Nazir müavini yeni deportasiya qanununun Saakaşviliyə təsir edib-etməyəcəyinə aydınlıq gətirdi
Bugün
252
Siyasət
A
Nazir müavini yeni deportasiya qanununun Saakaşviliyə təsir edib-etməyəcəyinə aydınlıq gətirdi

Yerli şuranın müəyyən müddəti başa vurduqdan sonra məhkum olunmuş əcnəbinin qalan həbs cəzasını deportasiya və ölkəyə giriş qadağası kimi daha yüngül cəza ilə əvəz etmək məsələsinə məcburi qaydada baxmaq hüququ olacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze Parlamentin plenar iclasında bildirib.

Onun sözlərinə görə, qeyd olunan qanunvericilik dəyişikliyi həbsxanaların boşaldılmasına və həmçinin xarici ölkə vətəndaşlarının ölkədən çıxarılmasına əhəmiyyətli dərəcədə kömək edəcək.

Bununla yanaşı, Aleksandre Daraxvelidze qeyd edib ki, qanunvericilik dəyişikliklərinə əsasən, Miqrasiya Departamentinin səlahiyyətləri genişlənir və ona əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti verilir.

"Əgər o, məhkum olunubsa və cəzasını penitensiar müəssisədə çəkirsə, müəyyən müddət - az ağır cinayətlər zamanı 1/3, ağır cinayətlər zamanı 1/2, xüsusilə ağır cinayətlər zamanı isə 2/3 hissəsini çəkdikdən sonra, yerli şuranın müvafiq meyarlar yerinə yetirildiyi təqdirdə, ərizə verilmədən, məcburi qaydada məhkum olunmuş əcnəbinin qalan həbs cəzasını deportasiya və ölkəyə giriş qadağası kimi daha yüngül cəza ilə əvəz etmək hüququ olacaq. Bu halda biz düşünürük ki, bu, həbsxanaların boşaldılmasına və cinayət törətdiyi təsdiqlənmiş və barəsində hökm çıxarılmış xarici ölkə vətəndaşlarının ölkədən çıxarılmasına əhəmiyyətli dərəcədə kömək edəcək", - deyə nazir müavini qeyd edib.

Nazir müavininə "Avropalı Sosialistlər" partiyasından olan deputat Vladimir Bojadze cəza ilə bağlı nəzərdə tutulan qanunvericilik dəyişikliklərinin Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşviliyə şamil edilib-edilməyəcəyi ilə bağlı sual ünvanlayıb.

Cavab olaraq Aleksandre Daraxvelidze qeyd edib ki, dəyişikliklər meyarlara cavab verən bütün şəxslərə şamil edilir və qanun bir nəfərə uyğunlaşdırıla bilməz.

"İstəyirəm ki, ictimaiyyət üçün aydın izah edim: qanuna dəyişiklik ediləndə bu dəyişiklik qanunla nəzərdə tutulmuş meyarlara cavab verən bütün insanlara şamil olunur. Buna görə də təbiidir ki, heç bir dəyişiklik bir nəfərə uyğunlaşdırıla bilməz və belə bir dəyişikliyin təşəbbüs edilməsi istisna olunur", - deyə Daraxvelidze bildirib.

ŞƏRH YAZ
1