Sürət həddini aşmağa görə həm cərimə, həm də bal itkisi olacaq | YENİ QAYDA
Bugün
107
Maraqlı
A
Sürət həddini aşmağa görə həm cərimə, həm də bal itkisi olacaq | YENİ QAYDA

Sürət həddinin aşılmasına görə tətbiq edilən inzibati məsuliyyət dəyişdirilir. 

Aktual.ge xəbər verir ki, bu barədə hələ iyun ayının əvvəlində məlumat verilmişdi.

İndi isə "İnzibati Xətalar Məcəlləsi"nə ediləcək dəyişikliklərlə bağlı qanunvericilik paketi artıq parlamentə təqdim edilib.

Qanun layihəsinin izahat vərəqəsinə əsasən, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən müəyyən edilmiş hərəkət sürətinin aşılmasına görə nəzərdə tutulan sanksiyalar yeni qaydada müəyyən edilir.

Daha konkret desək, layihəyə əsasən, sürət həddinin aşılmasına görə cərimələr aşağıdakı kimi müəyyən edilir:

  • - 15 km/saat-dan çox, lakin 30 km/saat-dan çox olmayan sürət həddinin aşılması – 50 lari;

  • - 30 km/saat-dan çox, lakin 50 km/saat-dan çox olmayan sürət həddinin aşılması – 100 lari;

  • - 50 km/saat-dan çox sürət həddinin aşılmasına görə isə cərimə 300 lari olacaq.

Bununla yanaşı, məlum olduğu kimi, sürücü tərəfindən sürət həddinin aşılması pul cəriməsi ilə yanaşı, sürücülük vəsiqəsinə verilmiş balların azaldılmasına səbəb olur. Bu halda da qanun layihəsinə görə, sürücülük vəsiqəsindən çıxılacaq balların sayı yeni qaydada müəyyən edilir.

Xüsusilə: şəxsin sürücülük vəsiqəsindəki ballar, həm 15 km/saat-dan çox, lakin 30 km/saat-dan çox olmayan, həm də 30 km/saat-dan çox, lakin 50 km/saat-dan çox olmayan sürət həddinin aşılması halında 10 balla, 50 km/saat-dan çox sürət həddinin aşılması halında isə 20 balla azaldılacaq.

ŞƏRH YAZ
1