Gürcüstan partiyası İnquşetiyada həlak olan azyaşlı qəhrəmanın ailəsinə başsağlığı verib
Bugün
66
Siyasət
A
Gürcüstan partiyası İnquşetiyada həlak olan azyaşlı qəhrəmanın ailəsinə başsağlığı verib

“Vahid Neytral Gürcüstan” partiyası İnquşetiyanın Sunja çayında dostunu xilas edərkən həlak olan 8 yaşlı Xizir Dərbiçevin ailəsinə başsağlığı verib.

Aktual.ge xəbər verir ki, partiyanın yaydığı bəyanatda hadisənin Gürcüstanda da böyük kədər hissi ilə qarşılandığı qeyd olunub.

Bildirilib ki, azyaşlı Xizirin dostunun həyatını xilas etmək naminə öz həyatını qurban verməsi qəhrəmanlıq, cəsarət və fədakarlığın parlaq nümunəsidir.

Bəyanatda vurğulanıb ki, gürcü və inquş xalqları tarixən dostluq və qardaşlıq münasibətləri ilə bağlı olub, faciədən sonra nümayiş etdirilən həmrəylik isə bütün Qafqaz xalqlarının birliyini bir daha nümayiş etdirib.

“Vahid Neytral Gürcüstan” partiyası Xizir Dərbiçevin valideynlərinə, ailə üzvlərinə və bütün İnquşetiya xalqına dərin hüznlə başsağlığı verərək, onlara səbir və dözüm arzulayıb.

Partiya bəyan edib ki, Xizir Dərbiçevin qəhrəmanlığı və xatirəsi hər zaman hörmətlə yad ediləcək.

ŞƏRH YAZ
0