“Bizim əsas vəzifəmiz 2028-ci ilə qədər kollektiv 'Milli Hərəkat'ı tamamilə zərərsizləşdirməkdir. Bu, bizim əsas vəzifəmizdir və onlar bu vəzifəyə çatmağımızda bizə çox kömək edirlər, buna görə hər birinə təşəkkür edirəm”.
Aktual.ge xəbər verir ki, bu sözlərlə Baş nazir İrakli Kobaxidze "Vahid Milli Hərəkat" partiyasındaki vəziyyəti şərh edərkən söyləyib.
"Kollektiv siyasi qüvvə nə qədər çox dağılsa, gürcü demokratiyası üçün bir o qədər yaxşıdır" , - deyən İrakli Kobaxidze fikirlərini belə davam etdirib:
"Ən maraqlısı odur ki, bu insanlar bir-birini istəmirlər və istəyirlər ki, cəmiyyət onları istəsin, bu isə ağlasığmazdır. Bir-birinizi istəmədiyiniz halda, cəmiyyətin istəyini qazana bilməzsiniz. Bu, 2020, 2021, 2024 və 2025-ci il seçkilərində əks olunan çox sadə bir reallıqdır və onlar bu reallıqdan kənara çıxa bilməyiblər ki, bu da yekun nəticədə çox yaxşıdır. Bu, radikal müxalifətdir, dövlət əleyhinə olan bir qruplaşmadır, xarici agenturadır. Müvafiq olaraq, bu kollektiv siyasi qüvvə nə qədər çox dağılsa, gürcü demokratiyası və siyasi sistemimiz üçün bir o qədər yaxşıdır.
Yekun olaraq, bizim əsas vəzifəmiz 2028-ci ilə qədər kollektiv 'Milli Hərəkat'ı tamamilə zərərsizləşdirməkdir".