Ayətullah Xamenei Məşhəddə dəfn edilib
10.07.2026 11:21
136
Dünya
A
Ayətullah Xamenei Məşhəddə dəfn edilib

İranın mərhum ali dini lideri Ayətullah Seyid Əli Xamenei cümə axşamı (9 iyul) Məşhəd şəhərinin şimal-şərqindəki İmam Rza (ə) ziyarətgahında dəfn edilib və bununla da bir həftə davam edən dəfn mərasimləri başa çatıb.

Aktual.ge xəbər verir ki, Ayətullah Xameneinin tabutu dəfn mərasiminin bir hissəsi olaraq İmam Rzanın (ə) məzarı ətrafında dolaşdırılıb və sonra ziyarətgahdakı Dar əl-Zikr namaz zalında dəfn edilib.

İzdihamın iştirak etdiyi dəfn mərasimində Ayətullah Xamenei üçün cənazə namazı qılınıb.

“Mehr” xəbər agentliyinin məlumatına görə, cənazə namazına mərhum ali dini liderin oğlu Mustafa Xamenei icra edib.

ŞƏRH YAZ
11