İlham Əliyev Gürcüstana təbii qazın təchizatı ilə bağlı mühüm sazişi təsdiqləyib
Bugün
224
Dünya
A
İlham Əliyev Gürcüstana təbii qazın təchizatı ilə bağlı mühüm sazişi təsdiqləyib

Azərbaycan və Gürcüstan arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş təsdiqlənib.

Aktual.ge xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş"in təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Qeyd olunub ki, fərmanla saziş qüvvəyə mindikdən sonra Azərbaycan İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanıb.

ŞƏRH YAZ
2