Müxalif lider 13 il müddətinə həbs edilib
Bugün
349
Siyasət
A
Müxalif lider 13 il müddətinə həbs edilib

Terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılan siyasətçi, müxalif "Güclü Gürcüstan - Lelo" partiyasının liderlərindən biri Aleko Elisaşvili məhkəmə tərəfindən təqsirli bilinib.

Aktual.ge xəbər verir ki, bu gün, 10 iyul Tbilisi Şəhər Məhkəməsində hakim Giorgi Qelaşvilinin qərarı ilə saxlanılan siyasətçiyə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

Sözügedən epizod Tbilisi Şəhər Məhkəməsinin dəftərxana binasında baş vermiş hadisə ilə bağlıdır; orada mandatlı xidmətin (məhkəmə mühafizəsi) əməkdaşları Aleko Elisaşvilinin hərəkətlərinin qarşısını alıb və daha sonra o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yerindəcə saxlanılıb.

Məlumat üçün bildirək ki, Aleko Elisaşviliyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 19-323-cü maddəsinin birinci hissəsi ilə irəli sürülüb ki, bu da terror aktı törətməyə cəhdi nəzərdə tutur. Həmin əməl cəza növü və ölçüsü kimi 10 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Aleko Elisashviliyə qarşı daha bir epizod üzrə Cinayət Məcəlləsinin 323-cü maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb. Bu maddə terror aktını, yəni partlayış, yanğın törədilməsi, insana hücum, silahdan istifadə və ya terror məqsədilə törədilən, insanların həyatına son qoyulması, əhəmiyyətli əmlak ziyanı və ya digər ağır nəticələr yaratmaq təhlükəsi olan digər hərəkətləri nəzərdə tutur.

Sözügedən əməl 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

ŞƏRH YAZ
4