Candar sakinləri mərasim evinin tikintisini tələb edir
Bugün
270
Hadisə
A
Candar sakinləri mərasim evinin tikintisini tələb edir

Marneuli bələdiyyəsinin Candar qəsəbəsində sakinlər mərasim evinin tikilməsi tələbi ilə yerli özünüidarəetmə nümayəndələri ilə görüş keçiriblər.

Aktual.ge xəbər verir ki,  onlar qəsəbənin girişindəki stadionun ətrafındakı 5 min 222 kvadratmetrlik ərazidə mərasim evinin inşa edilməsini və həmin sahənin ictimai istifadəyə verilməsini tələb ediblər.

Sözügedən ərazinin bir neçə şəxs tərəfindən öz adına rəsmiləşdirilməsinə cəhd göstərilməsi yerli sakinlərin narazılığına səbəb olub.

Marneuli meri Daur İsmayılov yerli sakinlərə vəd verib ki, ərazi heç kimin şəxsi mülkiyyətinə verilməyəcək və gələcəkdə Candar sakinlərinin ümumi istifadəsi üçün istirahət məkanı yaradılacaq. O, eyni zamanda vurğulayıb ki, həmin ərazidə mərasim evinin tikintisinə qanunvericiliklə icazə verilmir.

Marneuli meri jurnalistərə müsahibəsində deyib ki, sözügedən ərazidə Mərasim Evinin tikilməsi ilə bağlı Yollar Departamentinə müraciə etmək lazımdır.

Görüşdə iştirak edən Marneuli Bələdiyyə Məclisi sədrinin müavini və Candar qəsəbəsinin majoritar deputatı Vasil Xaxulaşvili isə sakinlərə mərasim evinin tikintisi üçün alternativ ərazinin seçilməsini tövsiyə edib.

ŞƏRH YAZ
0