İrakli Qaribaşvilidən Saakaşviliyə sərt sözlər:
02.09.2020 10:36
1496
Siyasət
A
İrakli Qaribaşvilidən Saakaşviliyə sərt sözlər: "Bu dəli manyak axmaqdır"
“Görünür bu dəli manyak o qədər axmaqdır və hakimiyyətə qayıtmaq arzusuna o qədər qapılıb ki, gürcü xalqını aldatmağa davam edə biləcəyini düşünür. Heç vaxt! Bugün Gürcüstandakı reallıq başqa cürdür". Aktual.ge xəbər verir ki, bu sözləri müdafiə naziri İrakli Qaribaşvili keçmiş prezident Mixeil Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı paylaşdığı video müraciəti şərh edərkən söyləyib. Onun sözlərinə görə, xalq Saakaşvilinin üzrünü və səmimiyyətini şübhə ilə qarşılayır. “Ümumiyyətlə onun bütün sözləri yalandır. Saakaşvili bizdə ən məşhur biyabırçı komandirlərdən biri kimi xatırlanır. Bunu bu ordunun mövqeyinə əsaslanaraq deyirəm. Avqust müharibəsi zamanı yerdə uzanmış vəziyyətdə görüldü. Ən qorxaq, hiyləgər baş komandan komanda üzvlərinə nümunə oldu. Üzr istəməsinə gəldikdə isə praktik olaraq o, indiyə qədər inadla özünün və cinayətkar qrupunun heç bir şey etmədiyini bildirdi. Bunlar səhv deyildi, bunlar vətəndaşlarımıza, insanlığa qarşı ən ağır cinayətlər idi. Cinayətlərə görə üzr istəmirlər, əksinə demokratik cəmiyyətlərdə və dövlətlərdə cəzalandırılırlar. Saakaşvili cəzasını çəkməli olacaq, Gürcüstanda məhkəməyə veriləcək. Qalanı yalanlar, seçkiqabağı manevrlərdir. Ukraynadakı rolunun praktik olaraq sıfır olduğunu bilirəm və dəqiq məlumatlara sahibəm. Təxminən 1-2 il əvvəl qovulduğu kimi, yaxın günlərdə yenə oradan qovulacaq”, - deyə İ.Qaribaşvili qeyd edib.
ŞƏRH YAZ
11