Ağır yol qəzası gənc qızın həyatına son qoyub
15.07.2026 11:09
543
Hadisə
A
Ağır yol qəzası gənc qızın həyatına son qoyub

Kaspi–Kavtisxevi yolunda baş verən qəzada 19 yaşlı qız həyatını itirib.

Aktual.ge xəbər verir ki, hadisə dünən gecə baş verib.

Mövcud məlumata görə, qızın olduğu avtomobilin sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq torpaq təpəsinə çırpılıb.

Yayılan məlumata əsasən, qəza nəticəsində yaralananlar da var. Gənclər dostlarının ad günündən – Kvataxevidən qayıdırmışlar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq aparılır. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur və 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını ehtiva edir.

ŞƏRH YAZ
5