Türkmənistan Prezidenti Tbilisiyə gəlir
15.07.2026 18:45
162
Siyasət
A
Türkmənistan Prezidenti Tbilisiyə gəlir

16 iyul tarixində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov rəsmi səfərlə Gürcüstana gələcək.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prezident Administrasiyası yayıb.

Məlumata görə, Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi saat 11:30-da Prezident Sarayında keçiriləcək.

Bildirilib ki, səfər çərçivəsində Prezident Sarayında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında təkbətək görüş keçiriləcək.

Liderlər görüşdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və regional gündəlikdə yer alan məsələləri müzakirə edəcəklər.

ŞƏRH YAZ
2