SEMEK:
02.08.2026 12:43
460
Siyasət
A
SEMEK: "Mamed Gas"ın lisenziyası ləğv olunub

Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının (SEMEK) "Mamed Gas" MMC-nin lisenziyasının ləğv olunduğunu açıqlayıb.

Aktual.ge xəbər verir ki, SEMEK-in rəsmi saytında dərc oluann açıqlamada qeyd olunub:

"Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının (SEMEK) ictimai iclasda qəbul etdiyi qərara əsasən, təbii qazın təhlükəsiz, fasiləsiz və etibarlı təchizatının fundamental prinsipinin pozulması, tariflərin özbaşına artırılması və lisenziya öhdəliklərinin davamlı şəkildə yerinə yetirilməməsi səbəbindən cari ilin 1 avqust tarixindən etibarən qazpaylayıcı "Mamed" MMC-yə verilmiş təbii qazın paylanması lisenziyası ləğv edilir.

Komissiyanın qərarına əsasən, Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində yerləşən təbii qaz abonentlərinin fasiləsiz və təhlükəsiz qaz təchizatını təmin etmək məqsədilə, 1 avqustdan etibarən "SOCAR Georgia Gas" MMC təbii qazın paylanması xidmətini əvvəllər "Mamedi" MMC tərəfindən qazla təmin edilən istehlakçılar üçün həyata keçirəcək" , - məlumatda deyilir.

ŞƏRH YAZ
7