Dövlət universitetlərində təhsil pulsuz olacaq | Şərtlər açıqlandı
02.08.2026 16:26
363
Maraqlı
A
Dövlət universitetlərində təhsil pulsuz olacaq | Şərtlər açıqlandı

Dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq. Tələbələrin motivasiyasını itirməməsi üçün burada müəyyən mexanizmlər müəyyən edilib.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Hökumət rəhbərinin sözlərinə görə, əgər tələbə semestr ərzində iki fəndən keçə bilmirsə, bu, onun tədris prosesinə lazımi səviyyədə qoşulmadığını göstərir.

“Pulsuz ali təhsillə bağlı çox aydın bəyanat verildi. Gürcüstanda ilk dəfə olaraq dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq. Burada tələbələrin motivasiyasını itirməməsi üçün müəyyən mexanizmlər nəzərdə tutulub. Əgər tələbə semestr ərzində iki fəndən keçə bilmirsə, bu o deməkdir ki, o, əslində tədris prosesinə kifayət qədər ciddi şəkildə cəlb olunmayıb. Bu halda üçüncü semestrdən etibarən maliyyələşmənin azaldılması nəzərdə tutulur. Bunun isə yeganə məqsədi tələbələrin motivasiyasını artırmaqdır”, - deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
0