"3 avqustdan etibarən temperaturun bir neçə dərəcə artacağı gözlənilir”.
Aktual.ge xəbər verir ki, bu barədə Qara dəniz sahilində gözlənilən hava şəraitindən danışarkən Milli Ətraf Mühit Agentliyinin qısamüddətli hava proqnozları şöbəsinin rəhbəri Dodo Qvzava bildirib.
Onun sözlərinə görə, 2 avqust da daxil olmaqla, əsasən buludlu hava şəraiti davam edəcək.
“Sahil rayonlarında ayın sonunadək və 2 avqust da daxil olmaqla buludlu hava üstünlük təşkil edə bilər. Bu buludluluq səbəbindən qısamüddətli zəif yağış mümkündür, lakin elə əhəmiyyətli olmayacaq ki, istirahət edənlərə mane olsun.
Bu günlərdə sahil rayonlarında, Acara ərazisində və Batumidə havanın maksimal temperaturu yüksək olub, təxminən 27–29 dərəcə. Poti və onun ətrafında, həmçinin Quriyanın kurort zonalarında isə 1–2 dərəcə aşağı olub.
Bu ərazilərdə belə temperatur 2 avqust da daxil olmaqla saxlanılacaq, 3 avqustdan isə temperaturun bir neçə dərəcə yüksəlməsi gözlənilir.
İstisna etmirik ki, 3–4 avqustda hava daha çox yağıntısız olsun. 5–6–7 avqustda temperaturun enməsi gözlənilmir (28–30 dərəcə qorunacaq), lakin qısamüddətli ildırımlı yağış ehtimalını saxlayırıq” , - deyə o, qeyd edib.