Moskva-Tbilisi münasibətləri: Qaluzindən diqqətçəkən açıqlama
10.08.2026 23:18
289
Dünya
A
Moskva-Tbilisi münasibətləri: Qaluzindən diqqətçəkən açıqlama

"Rusiya və Gürcüstan təbii tərəfdaşlardır".

Aktual.ge xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin söyləyib.

Onun sözlərinə görə, Tbilisiyə qarşı “misli görünməmiş xarici təzyiq” və Moskva ilə əməkdaşlıqdan imtina etməsi üçün irəli sürülən “ultimatumlar” Qərbin gözlədiyi nəticəni verməyib.

“Vurğulamaq istəyirəm ki, tarixi taleyin və coğrafiyanın sıx şəkildə bir-birinə bağlılığını nəzərə alsaq, Rusiya və Gürcüstan bir-birinin təbii tərəfdaşlarıdır. Tbilisiyə qarşı misli görünməmiş xarici təzyiq və ölkəmizlə əməkdaşlıqdan imtina etməsi üçün irəli sürülən ultimatumların Qərbin ümid etdiyi nəticəni verməməsi də bunu təsdiqləyir”, - Rusiya XİN rəhbərinin müavini deyib.

Onun sözlərinə görə, Rusiya ilə Gürcüstan arasındakı münasibətlərin “əsasında çoxəsrlik tarixi və mədəni əlaqələr dayanır”.

“Biz, məlum siyasi fikir ayrılıqlarına baxmayaraq, Gürcüstanla qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa çalışırıq. Doğrudan da, son illərdə ticarət əməkdaşlığı və turizm sahəsində mühüm irəliləyiş əldə olunub. Gürcüstandakı hər dörd turistdən biri Rusiyadandır, bizim bazarımız isə Gürcüstan ixracının əsas məhsulları üçün başlıca bazardır. Biz bunu alqışlayırıq, çünki qarşıya qoyduğumuz məqsəd humanitar və işgüzar əlaqələrin genişləndirilməsi üçün şərait yaratmaqdır. Başqa sözlə, ölkələrimizin vətəndaşları üçün vacib olan əlaqələrin inkişaf etdirilməsidir”, - deyə Mixail Qaluzin qeyd edib.

ŞƏRH YAZ
6