Kateqoriyalar
İsveçin Baş naziri Ulf Kristersson tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb. O, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Aktual.ge xəbər verir ki, Kristersson bu açıqlamanı sentyabrın 13-də keçirilən parlament seçkilərində müxalifətin çoxluğu əldə etməsindən sonra verib.
“Baş nazir vəzifəsindən azad edilməyimi xahiş edirəm”, – deyə Kristersson parlament sədrinə göndərdiyi məktubda yazıb.
Qeyd edək ki, sentyabrın 13-də keçirilən seçkilərdə sol-mərkəzçi müxalifət hakim bloku cüzi üstünlüklə məğlub edib.