Bugün
89
Siyasət
A
"Biz İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmirik" | Kobaxidze

“Biz İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmirik. Bu, absurd və yanlış olardı. Biz müəyyən edilmiş sanksiya rejiminə uyğun hərəkət edirik”.

Aktual.ge xəbər verir ki, Baş nazir İrakli Kobaxidze Gürcüstana İran aviaşirkətlərinin uçuşlarının dayandırılması ilə bağlı suala cavabında belə deyib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan tətbiq edilmiş sanksiya rejiminə uyğun fəaliyyət göstərir.

“Bildiyiniz kimi, biz sanksiya rejimlərini nəzərə alırıq. Müvafiq sanksiyalar qüvvəyə minmişdi və Gürcüstan müxtəlif ölkələrə qarşı tətbiq edilən sanksiya rejimlərini, konkret qurumlar və dövlətlər tərəfindən belə sanksiyalar tətbiq edildikdə, həmişə nəzərə aldığı üçün biz də bununla bağlı müvafiq qərar qəbul etdik. İqtisadiyyat Nazirliyi bununla bağlı açıqlama yayıb.

Biz sanksiya rejimini nəzərə alırıq. Tətbiq edilmiş sanksiya rejiminə uyğun hərəkət edirik. Biz İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmirik. Bu, absurd və yanlış olardı. Biz müəyyən edilmiş sanksiya rejiminə uyğun hərəkət edirik”, - hökumət başçısı söyləyib.

Məlumat üçün bildirək ki, ABŞ 27 İran aviaşirkətinə qarşı sanksiya tətbiq etmək qərarı qəbul edib. Onların bir qismi Gürcüstan və İran arasında da uçuşlar həyata keçirir. Daha sonra Gürcüstanın Aviasiya Agentliyi ABŞ-ın qəbul etdiyi qərara münasibət bildirərək qeyd edib ki, “Gürcüstan tərəfi digər hallarda olduğu kimi, indi də beynəlxalq sanksiyalar rejiminə tam riayət etməklə hərəkət edəcək”.

ŞƏRH YAZ
1