Hökumət Qrantların İdarə Edilməsi Agentliyini bağlayır
Bugün
137
Siyasət
A
Hökumət Qrantların İdarə Edilməsi Agentliyini bağlayır

Hökumət Qrantların İdarə Edilməsi Agentliyini bağlayır.

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze jurnalistlərə müsahibəsində bildirib.

"Agentlik tədricən fəaliyyətini dayandırma rejimindədir və ilin sonuna qədər bağlanacaq” , - qeyd edən İrakli Koaxidze əlavə edib:

“ 'QHT' xarici siyasi müdaxilə üçün süni şəkildə yaradılmış süni bir fenomendir. Biz müvafiq agentliyi yaradanda bunun belə olduğu üzə çıxdı. 'QHT'nin yeganə məqsədi bir dövlətin digər dövlətin işlərinə müdaxiləsi ola bilər. QHT-lər vaxtilə məhz bunun üçün icad edilib. Bir əsr əvvəl 'QHT'lər mövcud deyildi. Sonradan onları icad etdilər və 'QHT'lərdən xarici müdaxilənin əsas aləti kimi istifadə edirdilər. Bunun Gürcüstanda çoxsaylı nümunələrini gördük.

Müvafiq olaraq, bizim 'QHT'lər icad etməyimiz və belə bir şeyi maliyyələşdirməyimiz düzgün deyil. Buna görə də belə bir qərar qəbul etdik".

ŞƏRH YAZ
2