Gürcüstanda yanacaq yenidən bahalaşıb.
Aktual.ge xəbər verir ki, son bir həftə ərzində yanacaqdoldurma məntəqələrinin bir hissəsində benzinin qiyməti əlavə olaraq daha 7 tetriyədək, bir litr dizelin qiyməti isə 20 tetriyədək artıb.
Xatırladaq ki, bundan əvvəl, 9 sentyabr vəziyyətinə görə, 5 gün ərzində yanacaq artıq 3-dən 16 tetriyədək bahalaşmışdı. 6 sentyabr vəziyyətinə görə, 3 gün ərzində qiymət 7 tetriyədək qalxmışdı, 16 sentyabr vəziyyətinə görə isə 1 həftə ərzində benzin əlavə olaraq daha 10 tetriyədək, dizel isə 16 tetriyədək bahalaşmışdı.
Aktual.ge müxtəlif brend yanacaqdoldurma məntəqələrində yanacağın qiymətinin necə olduğu barədə son qiymətləri təqdim edir:
Wissol
Eko Super – 4.54 lari (16 sentyabr qiyməti: 4.47 lari) – 7 tetri artım;
Eko Premium – 4.09 lari (16 sentyabr qiyməti: 4.04 lari) – 5 tetri artım;
Eko Dizel – 4.87 lari (16 sentyabr qiyməti: 4.77 lari) – 10 tetri artım;
Avro Dizel – 4.83 lari (16 sentyabr qiyməti: 4.73 lari) – 10 tetri artım;
Avro Requlyar – 3.89 lari (16 sentyabr qiyməti: 3.84 lari) – 5 tetri artım.
SOCAR
Nano Super – 4.44 lari (16 sentyabr qiyməti: 4.44 lari);
Nano Premium – 4.02 lari (16 sentyabr qiyməti: 4.02 lari);
Nano Avro Requlyar – 3.82 lari (16 sentyabr qiyməti: 3.82 lari);
Avro 5 Dizel – 4.70 lari (16 sentyabr qiyməti: 4.52 lari) – 18 tetri artım;
Nano Avro 5 Dizel – 4.80 lari (16 sentyabr qiyməti: 4.62 lari) – 18 tetri artım.
Rompetrol
Efix Super – 4.50 lari (16 sentyabr qiyməti: 4.50 lari);
Efix Avro Premium – 4.05 lari (16 sentyabr qiyməti: 4.05 lari);
Efix Avro Requlyar – 3.84 lari (16 sentyabr qiyməti: 3.84 lari);
Efix Avro Dizel – 4.87 lari (16 sentyabr qiyməti: 4.75 lari) – 12 tetri artım;
Avro Dizel – 4.79 lari (16 sentyabr qiyməti: 4.67 lari) – 12 tetri artım.
Gulf
G-Force Super – 4.55 lari (16 sentyabr qiyməti: 4.49 lari) – 6 tetri artım;
G-Force Premium – 4.09 lari (16 sentyabr qiyməti: 4.04 lari) – 5 tetri artım;
Avro Requlyar – 3.89 lari (16 sentyabr qiyməti: 3.85 lari) – 4 tetri artım;
G-Force Avro Dizel – 4.85 lari (16 sentyabr qiyməti: 4.65 lari) – 20 tetri artım;
Avro Dizel – 4.75 lari (16 sentyabr qiyməti: 4.55 lari) – 20 tetri artım.
Portal
Super – 4.19 lari (16 sentyabr qiyməti: 4.14 lari) – 5 tetri artım;
Premium – 3.99 lari (16 sentyabr qiyməti: 3.94 lari) – 5 tetri artım;
Avro Requlyar – 3.79 lari (16 sentyabr qiyməti: 3.79 lari);
Avro Dizel – 4.74 lari (16 sentyabr qiyməti: 4.59 lari) – 15 tetri artım;
Efektiv Dizel – 4.64 lari (16 sentyabr qiyməti: 4.44 lari) – 20 tetri artım.
Lukoil
Super – 4.48 lari (16 sentyabr qiyməti: 4.40 lari) – 8 tetri artım;
Qatqılı Premium – 4.03 lari (16 sentyabr qiyməti: 3.98 lari) – 5 tetri artım;
Requlyar – 3.83 lari (16 sentyabr qiyməti: 3.78 lari) – 5 tetri artım;
Avro Dizel – 4.76 lari (16 sentyabr qiyməti: 4.67 lari) – 9 tetri artım.
Qeyd edək ki, Gürcüstanda qiymətlər yüksəldiyi bir vaxtda, dünya bazarında yanacaq ucuzlaşma trendini qoruyub saxlayır. Son bir həftə ərzində bir barel ABŞ xam nefti (WTI) 102 dollardan 90 dollaradək ucuzlaşıb, "Brent" markalı yanacağın qiyməti isə 105 dollardan 99 dollaradək geriləyib.