Faiq Quliyev Gürcüstan DİN rəhbəri ilə görüşüb
24.09.2026 19:50
163
Siyasət
A
Faiq Quliyev Gürcüstan DİN rəhbəri ilə görüşüb

Azərbaycanın ölkəmizdəki səfiri Faiq Quliyev Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili ilə görüşüb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Gürcüstandakı Səfirliui yayıb.

"Görüşdə Gürcüstan Daxili İşlər Nazirliyinin fəaliyyətinin prioritet istiqamətləri və həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini vurğulayıb, iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı, həmçinin hüquq-mühafizə sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub və qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi barədə razılıq ifadə edilib" , - qeyd olunub.

Məlumatda vurğulanıb ki, Azərbaycan və Gürcüstanın hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində əməkdaşlıq davam etdiriləcək.

ŞƏRH YAZ
3