Kateqoriyalar
Kvareli bələdiyyəsinin Almat kəndində 85 yaşlı qadın qətlə yetirilib.
Aktual.ge xəbər verir ki, hücum edən şəxs tənha təqaüdçünün evinə gecə saatlarında basqın edərək pul tələb edib.
Yayılmış məlumatlara görə, quldur pul tapa bilmədikdən sonra qadını öldürüb və evi yandırıb.
Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə araşdırmalara başlayıb.
Qeyri-rəsmi olaraq yaşlı qadının zorlanması ehtimalı da yayılsa da, mövcud məlumatlara görə, ilkin baxış zamanı bu fakt təsdiqini tapmayıb.