03.10.2026 18:57
304
Siyasət
A
"Gürcü Arzusu"ndan məhbusun zorlanma iddiasına sərt reaksiya

"Penitensiar sistemdə belə işgəncələrdən zorlama hallarının müəllifləri danışırlar. Səhv etmirəmsə, bu, bir il əvvəl baş vermiş hadisədir və penitensiar xidmətdə adi prosedurdur". Aktual.ge xəbər verir ki, Parlament çoxluğunun lideri İrakli Kirtsxalia məhbus Giorgi Davitadzənin penitensiar müəssisədə konvoy əməkdaşının ona qarşı cinsi zorakılıq törətdiyi barədə iddiasına belə münasibət bildirib.

O, məhbusun yaydığı bu məlumatı müxalifətin “çox aciz kampaniyası” adlandırıb və bildirib ki, 2012-ci ildən sonra penitensiar müəssisə ən yüksək qiymətləndirməyə layiqdir.

“Bu, çox aciz kampaniyadır. Penitensiar sistemdə belə işgəncələrdən kim danışır – ölkəmizdə işgəncələrin, ləyaqətin alçaldılmasının, zorlamaların müəllifləri və təşkilatçıları. Səhv etmirəmsə, bu, bir il əvvəl baş vermiş hadisədir, penitensiar xidmətdə adi prosedurdur və indi bu məsələ gündəmə gətirilir. Onların nə dərəcədə tükəndiklərini və siyasi gündəmlərinin olmadığını, yenə də tamamilə yalan üzərində siyasi gündəm qurmağa çalışdıqlarını görmək sadəcə gülüncdür. Bir tərəfdən bu, gülüncdür, digər tərəfdən isə həqiqətən narahatedici və iyrəncdir ki, bu yalanları işgəncələrin, zorlamaların və hər cür ləyaqəti alçaldan əməllərin müəllifləri, sözdə 'Milli Hərəkat' nümayəndələrindən eşidirsən. Heç kim deyə bilməz ki, penitensiar sistemin nüfuzuna bu cür cəfəngiyyatlarla xələl gətirməyə çalışan sözdə QHT-lər və ya sözdə partiyalar 2012-ci ildən sonra ən yüksək qiymətləndirməyə layiq olan penitensiar sistem barədə danışa bilərlər”, – deyə İrakli Kirtsxalia qeyd edib.

Onun sözlərinə görə, bu gün penitensiar xidmətə “10 nəfərlik kameralarda 70-80 nəfəri saxlayan və məhbusları meyitlərlə bağlayan” insanlar hücum edir.

“Onlar əslində sağlam vəziyyətin və yüksək standartların olduğu yerə hücum edirlər”, – deyə o, söyləyib.

Onun sözlərinə görə, penitensiar xidmətə tez-tez hücumlar edilir, lakin bütün bu hücumlar operativ açıqlamalar, sübutlar, video görüntülər və digər materiallarla dərhal təkzib olunur.

“Onlar tükənmiş və mənəviyyatsız insanlardır, amma mənəviyyat və 'Milli Hərəkat' bir-birinə yağ və su kimidir. Cəmiyyəti aldatmaq o qədər də asan deyil. Onların hakimiyyəti dövründə öyrəşdikləri bu cür sadə yalanlar bu gün işləmir. Bu gün cəmiyyəti faktlar maraqlandırır, cəmiyyət suallar verir və bu agenturanın dediklərinə heç vaxt kor-koranə inanmayıb və inanmayacaq”, – deyə İrakli Kirtsxalia qeyd edib.

Məlumat üçün bildirək ki, Rustavi şəhərindəki 6 saylı cəzaçəkmə müəssisənin qarşısında məhkumun ailə üzvləri və tərəfdarlarının aksiya keçirməsinə səbəb məhkum Giorgi Davitadzənin məhkəmə iclasında səsləndirdiyi bəyanat olub. Məhkum Giorgi Davitadzənin Tbilisi Apellyasiya Məhkəməsində verdiyi açıqlamaya görə, o, 6 saylı penitensiar müəssisənin konvoy əməkdaşlarını onu zorlamaqda ittiham edir. Onun sözlərinə görə, hadisə deeskalasiya otağında baş verib, burada bir neçə nəfər iştirak edib və onun iddiasına görə, “hər şey kameralarda görünür”.

Məsələyə Xüsusi Penitensiar Xidmət də münasibət bildirib və bunu dezinformasiya adlandırıb. Penitensiar xidmətin açıqlamasına görə, Davitadzeyə qarşı “nəinki cinsi, ümumiyyətlə, heç bir zorakılıq olmayıb”.

ŞƏRH YAZ
4