4 bələdiyyədə keçirilən aralıq seçkiləri çərçivəsində seçici fəallığı 1136 nəfər təşkil edib ki, bu da seçicilərin ümumi sayının 51,6%-nə bərabərdir.
Aktual.ge xəbər verir ki, bununla bağlı MSK sədri Giorgi Kalandarişvili məlumat verib.
Onun sözlərinə görə, elektron vasitələrlə keçirilən seçkilərin ilkin nəticələri artıq məlumdur. Nəticələr Tsalkanın 3 və Vaninin 1 seçki məntəqəsindən əldə edilib.
“Seçici fəallığı 1136 nəfər təşkil edib ki, bu da seçicilərin ümumi sayının 51,6%-nə bərabərdir. Konkret olaraq, Axmeta üzrə 272 seçicidən 115-i səsvermədə iştirak edib ki, bu da 42,28% təşkil edir. Dmanisi üzrə 263 seçicidən 136-sı iştirak edib ki, bu da 31,71%-dir. Tsalka üzrə 1011 seçicidən 438-i səsverməyə gəlib ki, bu da 43,32% təşkil edir. Vani üzrə isə 679 seçicidən 447-si səsvermədə iştirak edib ki, bu da 65,83%-dir.
Hər bir seçki, o cümlədən yerli səviyyədə keçirilən aralıq seçkilər vətəndaşların öz seçki hüquqlarından istifadə etməsi baxımından əhəmiyyətlidir. Bu prosesdə seçicilərin iştirakı seçki gününün mühüm göstəricilərindən biridir.
Elektron vasitələrlə keçirilən seçkilərin nəticələrini təqdim edirəm. Buna əsasən, artıq Tsalkanın 3 və Vaninin 1 seçki məntəqəsindən ilkin məlumatları əldə etmişik və həmin məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilib. Tsalkaya gəlincə, 9 nömrəli namizəd Zaza Şantadze 13 səs alıb ki, bu da 3,25% təşkil edir. 41 nömrəli namizəd Nanuli Xinikadze isə 386 səs toplayıb ki, bu da 96,74%-dir.
Vaniyə gəlincə, 9 nömrəli namizəd Beka Kobaladze 37 səs alıb ki, bu da 12,83% təşkil edir. 41 nömrəli namizəd Vaja Xeladze isə 387 səs toplayıb ki, bu da 87,16%-dir.
Paralel olaraq, ənənəvi seçki məntəqələrində səslərin sayılması prosedurları həyata keçirilir və təbii ki, yekunlaşdırıldıqdan dərhal sonra məlumatlar göndəriləcək və həmin məlumatlar dərhal əlçatan olacaq”, – deyə MSK sədri bildirib.