ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi hazırda gündəmdə deyil.
Aktual.ge xəbər verir ki, Rubionun sözlərinə görə, hazırkı mərhələdə Ukrayna ilə bağlı əsas diqqət davam edən münaqişənin başa çatdırılmasına yönəlib.
“Bu suala sadə şəkildə “bəli” və ya “xeyr” cavabı vermək mümkün deyil. Yalnız onu deyə bilərəm ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi hazırda gündəmdə deyil. Bildiyiniz kimi, bunun üçün konsensus və bütün üzv ölkələrin yekdil razılığı tələb olunur.
Hazırkı mərhələdə Ukrayna ilə bağlı əsas diqqətimiz bu münaqişənin, əgər mümkündürsə, başa çatdırılmasına yönəlib. İnsan itkilərinin bu qədər çox olması təəssüf doğurur. Lakin biz açıq şəkildə bildirmişik ki, müharibənin başa çatmasına hər hansı töhfə verə biləriksə, bunu konstruktiv şəkildə etmək istəyirik”, – deyə Marko Rubio bildirib.