Rustavi həbsxanasında məhbus ölü vəziyyətdə tapılıb.
Aktual.ge xəbər verir ki, bununla bağlı məlumatı Penitensiar Xidmət təsdiqləyib.
Penitensiar Xidmət ölüm səbəbinin intihar olduğunu bildirir və hadisə ilə bağlı araşdırmanın da müvafiq maddə üzrə aparıldığını qeyd edir.
"Penitensiar Xidmət №17 saylı cəzaçəkmə müəssisəsində məhkumun ölümü ilə bağlı başsağlığı verir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir.
Bununla bağlı bildiririk ki, 2 oktyabr 2026-cı il tarixində №17 saylı penitensiar müəssisədə məhkum İ.Q.-nı səhər saatlarında kamerasındakı digər məhbus tualetdə asılmış vəziyyətdə tapıb.
Hadisə ilə bağlı Penitensiar Xidmət tərəfindən dərhal Kvemo Kartli Prokurorluğuna məlumat verilib və araşdırmaya başlanılıb.
Qeyd olunur ki, məhkum 2023-cü ildən (cəzasının başa çatma tarixi – 2028-ci il) №17 saylı penitensiar müəssisədə cəza çəkib. O, 20 nəfərlik kamerada saxlanılıb. Ölüm günü də hadisə səhər saatlarında baş verdiyindən, onun kamera yoldaşları kamerada olublar.
Penitensiar Xidmət istintaq orqanı ilə fəal əməkdaşlıq edir və işlə bağlı bütün müvafiq materiallar artıq istintaqa təqdim olunub", – məlumatda deyilir
Xatırladaq ki, Rustavi həbsxanasında məhbusun ölü vəziyyətdə tapılması ilə bağlı ailə üzvləri öncə "Tvpirveli"yə məlumat verib. Məhbusun bibisinin sözlərinə görə, ailəyə cümə günü məhkum Yakob Qulebaninin kamerada ölü vəziyyətdə tapıldığı bildirilib.
Mərhumun bibisi sözügedən telekanala telefonla verdiyi müsahibədə işin halları barədə danışıb. Qadın deyib ki, meyitin bədənində xəsarətlər var. Ailə penitensiar müəssisənin irəli sürdüyü intihar versiyasını qəti şəkildə istisna edir.