Marneulidə toyda dava: Orta yaşlı kişi başından ağır xəsarət alıb
Bugün
456
Kriminal
A
Marneulidə toyda dava: Orta yaşlı kişi başından ağır xəsarət alıb

Marneuli bələdiyyəsinin Araflı kəndində toy mərasimində dava baş verib.

Aktual.ge-nin xəbərinə görə, dava zamanı orta yaşlı kişi baş nahiyəsindən xəsarət alıb.

Mövcud məlumata görə, dava zamanı ona butulka ilə baş nahiyəsindən ağır zərbə vurulub.

Yaralı Marneulidəki klinikalardan birinə yerləşdirilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.

ŞƏRH YAZ
2