“Gürcüstan yalnız kağız üzərində Aİ namizədidir” | Marta Kos
06.10.2026 21:42
150
Siyasət
A
“Gürcüstan yalnız kağız üzərində Aİ namizədidir” | Marta Kos

Avropa Komissiyası Avropa İttifaqına üzvlük prosesi çərçivəsində dörd namizəd ölkəni – Monteneqro, Albaniya, Moldova və Ukraynanı fərqləndirib və onlar üçün fərdi yol xəritələrinin hazırlanmasını planlaşdırır, Gürcüstan isə bu ölkələr arasında yer almır.

Aktual.ge xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstan yalnız kağız üzərində namizəd ölkədir və hazırda Gürcüstanda baş verənlər genişlənmə hesabatında əks olunacaq.

“Bildiyiniz kimi, Gürcüstan yalnız kağız üzərində namizəd ölkədir. Buna görə təəssüf edirəm. İstərdim ki, Gürcüstan da gürcü xalqının böyük dəstəyi ilə bu gün Moldova və Ukraynanın olduğu səviyyədə olsun. Ölkə ilə necə davam edəcəyimiz böyük ölçüdə üzv dövlətlərin bunun gələcəyini necə qiymətləndirəcəyindən asılı olacaq. Lakin hazırda ölkədə [Gürcüstanda] baş verənlərin çoxu oktyabrın sonunda açıqlanacaq genişlənmə hesabatında öz əksini tapacaq. Bunun hansı istiqamətdə gedəcəyini təsəvvür edə bilərsiniz”, – Kos “Tabula”nın sualını cavablandırarkən bildirib. 

ŞƏRH YAZ
0