İran səfirindən Ketevan açıqlaması: “Ketevanı farslar işgəncə ilə öldürməyiblər”
04.10.2026 23:05
89
Siyasət
A
İran səfirindən Ketevan açıqlaması: “Ketevanı farslar işgəncə ilə öldürməyiblər”

Ötən günlərdə İranın Gürcüstandakı səfiri Seyid Əli Moujaninin İran Səfirliyinin fasadına proyektor vasitəsilə Kraliça Ketevanın fotosunu əks etdirərək onun haqqında tarixi araşdırmaların aparılmasının vacibliyini bildirməsi ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Hətta səfir bu məsələ ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Aktual.ge xəbər verir ki, İran səfiri ilə görüşən Şalva Bolotaşvili özünün sosial şəbəkə hesabında Seyid Əli Moujaninin məsələ ilə bağlı fikirlərini paylaşıb.

Həmin paylaşımı olduğu kimi təqdim edirik:

"QHT-lər tərəfindən idarə olunan televiziyaların bir qismi mənim bu məktubumu gündəmə gətirib və cəmiyyətə yanlış şəkildə çatdırıb. Səmimi şəkildə deyə bilərəm ki, mən bir səfir kimi məsələlərə tolerant yanaşıram və hesab edirəm ki, xalqlar arasında düzgün əlaqələr mövcuddur. Əlbəttə, Ketevanı farslar işgəncə ilə öldürməyiblər. Çünki Şah Abbas farsları ifadə etmir. Səfəvilər, eləcə də onlardan sonra hakimiyyətdə olan Qacarlar türk mənşəli sülalələr olublar.

Buna görə də demək doğrudur ki, farslar zorakılıqla bağlı hər şeyi birmənalı şəkildə pisləyirlər. Həmçinin unutmayaq ki, Gürcüstanın xristianlığı qəbul etdiyi dövrdə hakimiyyətdə olan Kral Mirian fars idi. Qorqasali də həmçinin fars mənşəli ən böyük hökmdarlardan biri olub. Bunun vurğulanması vacibdir və məsələ bundan ibarətdir.

Lakin QHT-lər tərəfindən idarə olunan televiziyaların bir qismi bunu belə qəbul etmək istəmirsə, qoy elə də olsun. Ancaq fars və gürcü mədəniyyətləri arasındakı böyük tarixi əlaqələrdən danışmaq hər zaman mümkündür və bunun üçün heç vaxt gec deyil".

ŞƏRH YAZ
0