Qardabanidə baş verən qanlı hadisənin İLK TƏFƏRRÜATLARI
04.10.2026 23:42
233
Siyasət
A
Qardabanidə baş verən qanlı hadisənin İLK TƏFƏRRÜATLARI

Bu gün, 4 oktyabr axşam saatlarında Qardabani bələdiyyəsinin Nəzərli kəndində qətl hadisəsi baş verib. 

Aktual.ge-nin əldə etdiyi məlumata görə, qətlin qurbanı 35 yaşlı Araz Yusubov, cinayəti törədən şəxs isə Ramin Məmmədovdur.

Hadisənin tam təfərrüatları bu mərhələdə məlum deyil. İlkin məlumata görə, tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra 35 yaşlı Araz Yusubov bıçaq xəsarətləri alıb. O, hadisə yerindən uzaqlaşsa da, aldığı xəsarətlər nəticəsində qanaxmadan həyatını itirib.

Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub. Cinayəti törədən şəxs polisə təslim olmayıb və avtomobilin üzərinə çıxaraq ona yaxınlaşılacağı təqdirdə intihar edəcəyini bildirib. Qısa bir müddət davam edən danışıqlardan sonra şəxs zorla saxlanılıb. Bundan əlavə əraziyə xüsusi təyinatlılarda cəlb olunub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayəti törədən şəxs saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
0