“Müasir təhlükəsizlik çağırışları çox mürəkkəb və transmilli xarakter daşıyır. Vahid yanaşmanın formalaşdırılması zəruridir və bu baxımdan “Böyük Sədd-2026” beynəlxalq forumu çox yaxşı imkandır”.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Mühafizəsi Xüsusi Xidmətinin rəhbəri Anzor Çubinidze bildirib. O, Çin Xalq Silahlı Polis Qüvvələrinin (PAP) təşkil etdiyi 6-cı Beynəlxalq Antiterror Forumunda – “Böyük Sədd-2026”da iştirak edib.
Çubinidze forumun əhəmiyyətini vurğulayaraq onun təcrübə mübadiləsi üçün əlverişli imkan yaratdığını qeyd edib.
“Forum fikir mübadiləsi aparmaq, vahid yanaşma formalaşdırmaq və ən yaxşı təcrübələri bölüşmək üçün çox yaxşı imkandır. Qeyd etmək istəyirəm ki, müasir təhlükəsizlik çağırışları çox mürəkkəb və transmilli xarakter daşıyır. Bu məsələlərlə bağlı peşəkar fikir formalaşdırmaq və vahid yanaşma müəyyənləşdirmək zəruridir. Bu baxımdan “Böyük Sədd-2026” beynəlxalq forumu çox yaxşı imkandır”, – deyə Anzor Çubinidze bildirib.